Bağla

“Bahar gülüşü” adlı şou proqram Sərhəd Qoşunlarına təqdim olunub

19-03-2016, 10:23

Füzuli Dövlət Dram teatrı Novruz bayramına həsr olunmuş "Bahar gülüşü” adlı şou proqramı rayon məktəbəqədər təhsil müəssələrinə, orta təhsil məktəblərinə, "N” saylı hərbi hissə əsgərlərinə və digər idarə və müəssələrin kollektivinə təqdim edib.

Sonuncu şou proqram isə martın 19-da sərhəd qoşunlarına təqdim olunub.

Ssenari müəlifləri teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev və Əfsanə Kərimova olan şou-proqramın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçıları Nizami Süleymanov və Sənan Sevindikzadədir.