Bağla

“Ana fəryadı” adlı poetik xalq tamaşasının məşqləri gedir

14-02-2017, 11:00

Füzuli Dövlət Dram Teatrında Xocalı faciyəsinin 25-ci il dönümünə həsr olunmuş "Ana fəryadı” adlı poetik xalq tamaşasının məşqləri gedir. 

Teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev və teatrın ədəbi hissə müdiri Əfsanə Kərimovanın ssenarisi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. 

Tamaşada Xocalı faciəsi qurbanları, erməni qəddarlığı və vəhşiliyi, fevral gecəsində dinc əhaliyə qarşı törədilən qətliyam öz əksini tapır. 

Məlumat üçün bildirək ki, Füzuli Dövlət Dram Teatrı hər il olduğu kimi bu ildə Xocalı faciəsi qurbanlarının xatirəsini yüksək səviyyədə anır və hazırladığı tamaşa ilə bir daha erməni vəhşiliyini xalqın yaddaşında təzələyir.