Bağla

“Ana fəryadı” adlı poetik xalq faciəsi “N” saylı hərbi hissənin əsgər və zabitlərinə təqdim edilib

23-02-2017, 22:59

Füzuli Dövlət Dram Teatrı Xocalı faciəsinin 25-ci il dönümünə həsr olunmuş "Ana fəryadı” adlı poetik xalq faciəsini Beyləqan rayonunda yerləşən "N” saylı hərbi hissənin əsgər və zabitlərinə təqdim edib. 

Teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev və teatrın ədəbi hissə müdiri Əfsanə Kərimovanın ssenarisi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. 

Tamaşada Xocalı faciəsi qurbanları, erməni qəddarlığı və vəhşiliyi, fevral gecəsində dinc əhaliyə qarşı törədilən qətliam öz əksini tapır.