Bağla

Ali dərəcəli aktyor Sehran Xanlarovun 45 yaşı tamam olur

22-12-2012, 20:22

Bu gün Füzuli Dövlət Dram Teatrının ali dərəcəli aktyoru, rejissor Sehran Xanlarovun doğum günüdür.

Sehran Tehran oğlu Xanlarov 12 dekabr 1977-ci ildə Füzuli rayonunun Babı kəndində anadan olub. 2003-cü ildə Füzuli Dövlət Dram Teatrına müsabiqə yolu ilə aktyor təyin olunub. İşlədiyi müddətdə S.S.Axundov "Bənddalı bəndə düşüb”də Cəmil, C.Məmmədquluzadə "Kamança”da Qəhrəman yüzbaşı, C.Məmmədov və F.Məhərrəmov "Şərxanın şər oyunları”nda Azər, R.Toma "Tələ”də Avara, Ə.Əmirli “Varlı qadın”da Professor, “Onun iki qabırğası”nda Dədə, L.Rəşidzadə "Toya bir gün qalmış”da Doktor, N.B.Vəzirovun " Hacı Qəmbər" əsərində Tıntın İmamqulu, Ə.Haqverdiyev “Dağılan tifaq”da Aslan bəy və s. rolları canlandırıb. M.Qacar “Qabanın səfəri”, N.Kazımov “Ələddinin sehrli çırağı, Ə.Səmədli “Əhmədin vəfalı xoruzu əsərlərinə quruluş verib.

Ailəlidir, iki övladı var.

Füzuli Dövlət Dram Teatrının kollektivi Sehran Xanlarovu ad günü münasibətilə təbrik edir, gələcək həyatında yeni-yeni uğurlar arzulayır.