Bağla

Ali dərəcəli aktrisa İntizar Quliyevanın 60 yaşı tamam olur

09-12-2023, 17:17

Füzuli Dövlət Dram Teatrının ali dərəcəli aktrisası İntizar Quliyevanın 60 yaşı tamam olur. Bu münasibətlə teatr kollektivi İntizar xanımı təbrik edir, ona möhkəm cansağlığı, işlərində uğurlar arzulayır.

İntizar Təhməzqulu qızı Quliyeva 1963-cü il dekabrın 9-da Cəbrayıl rayonunun Daş Veysəlli kəndində anadan olub.1989-cu ildən teatrda aktrisa kimi fəaliyyət göstərir. Yüksək yaradıcılıq qabiliyyəti olan aktrisa işlədiyi müddət ərzində Süleyman Rüstəmin "Durna” tamaşasında Lalə, S.S.Axundovun "Tamahkar” tamaşasında Nabat, C.M.Quluzadə"Danabaş kəndinin əhvalatı”nda Zeynəb, S.S.Axundov "Eşq və İntiqam” Qəmər, S.Axundovun "Bəndalı bəndə düşüb”də Püstə, S.Elsəvərin "Həyat elə bir oyun ki..." tamaşasında Qadın, S.Haqverdiyevanın "Nar şirəsi" tamaşasında Zöhrə və s. rollarını canlandırıb.