Bağla

Ağalı kəndinin sakinləri üçün bayram tədbiri keçirilib

23-01-2006, 12:15

Zəngilan rayonunun Ağalı kəndində Bakı Dövlət Sirkinin, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı və Füzuli Dövlət Dram Teatrının aktyorlarının iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə kütləvi tədbir keçirilib.

Bayram tədbirində Şaxta baba, Qar qızla yanaşı Azərbaycan Dövlət Kukla Teatrının aktyor truppasının üzvləri, eləcə də teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının istedadlı vokalçıları da iştirak ediblər. Teatrın repertuarındakı bir neçə tamaşadan səhnəciklər nümayiş etdirən kuklaçıların çıxışları maraqla qarşılanıb. Vokalçılarımızın vətənpərvərlik və bayram ovqatlı nəğmələri tədbirə xüsusi rəng qatıb.

Qeyd edək ki, bayram şənliyi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və “Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs tərəfindən təşkil edilib.