Bağla

Abdulla Elşadlı Füzuli Dövlət Dram Teatrında ustad dərsləri keçəcək

23-09-2024, 16:52

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Öyrədərək öyrənirəm" layihəsi çərçivəsində Akademik Rus Dram Teatrının rejissoru, aktyoru Abdulla Elşadlı Füzuli teatrında ustad dərsləri keçəcək və M.F.Axundovun " Aldanmış kəvakib" povestin əsasında hazırlanmış tamaşanı hazırlayacaq.

İlk gün kollektivlə görüş keçirilib, ümumi söhbət olub. Teatrın quruluşçu rejissoru Nicat Mirzə Abdulla Elşadlının yaradıcılığı haqqında danışıb.

A.Elşadlı tədbirin mahiyyəti haqqında məlumat verib,təlim və tamaşanın hazırlanma prosesi haqqında yaradıcı kollektivlə söhbət edib.

Layihəyə start verilib.