"Xəcalət” tamaşası orta məktəb kollektivinə təqdim olundu
Dünən Füzuli Dövlət Dram Teatrı repertuarında olan Hüseynbala Mirələmovun "Xəcalət” əsərini Horadiz şəhər 3№-li tam orta məktəbin müəllim və şagird kollektivinə təqdim edib.
Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssam Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir.Tamaşada əsas rollarda Əli Hüseynov, Sevinc Məmmədova, Fatimə Səfərəliyeva, Elçin Məmmədov, Elşən Gözəlov, Sehran Xanlarov və başqaları çıxış edib.
Sonda məktəb direktorunun təlim-tərbiyyə üzrə müavini Kənan Quliyev çıxış edərək bildirib ki, son bir il ərzində məktəblilərin teatra marağı daha da artıb.Vətənpərvərlik mövzusunda olan bu əsər şagirdlərdə vətənə sevgi hisslərini artırır. Ermənilərin xalqımızın başına gətirdiyi müsibətləri bir daha xatırladaraq onlarda düşmənə nifrət yaradır.
"Xəcalət” tamaşasının bütün məktəb kollektivi tərəfindən bəyənildiyi xüsusi qeyd edilib. Daha sonra xatirə şəkili çəkdirilib.