Bağla

31 Mart soyqırımı ilə bağlı "Xəcalət" tamaşası "N" saylı hərbi hissə əsgərlərinə təqdim olunub

31-03-2016, 14:59

Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 98 il ötür.


Bu münasibətlə ölkənin hər yerində olduğu kimi Füzuli rayonunda "N” saylı hərbi hissədə də tədbir keçirilib.

Tədbirdə Müdafiə Nazirliyinin rəsmisi, polkovnik-leytenant Abdulla Qurbani, Füzuli Dövlət Dram Teatrının yaradıcı heyəti və orta məktəbin müəllim və şagird kollektivi də iştirak edib.

İlk öncə, çıxış edən Abdulla Qurbani1918-ci ildə törədilmiş mart soyqırımı haqqında tədbir iştirakçılarını məlumatlandırmış, daha sonra faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif etmişdir.

Sonda isə Füzuli Dövlət Dram Teatrı vətənpərvərlik mövzusunda olan Hüseynbala Mirələmovun "Xəcalət” tamaşasını tədbir iştirakçılarına təqdim edib.

Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir.

Tamaşada əsas rollarda Əli Hüseynov, Sevinc Məmmədova, Elçin Məmmədov, Əsmər İbrahimova, Sehran Xanlarov, Fatimə Səfərəliyeva, Elşən Gözəlov, İsmayıl İbrahimov çıxış ediblər.