Bağla

İntizar Təhməzqulu qızı Quliyeva

Ali dərəcəli aktrisa, Prezident mükafatçısı

1989-cu ildən teatrda aktrisa kimi fəaliyyət göstərir. Yüksək yaradıcılıq qabiliyyəti olan aktrisa işlədiyi müddət ərzində Süleyman Rüstəmin "Durna” komediyasında Lalə, S.S.Axundovun "Tamahkar” əsərində Nabat, C.M.Quluzadənin "Danabaş kəndinin əhvalatı” əsərində Zeynəb, S.S.Axundov "Eşq və İntiqam”da Qəmər, S.Axundov "Bəndalı bəndə düşüb” Püstə, S.Saxavətin "Qapların o üzündə qalan qalan dünya” əsərində Alagöz, M.F.Axundzadə "Hacı Qara”da Sona, C.Cabbarlı "Almaz”da Almaz, Y.Əzimzadə "Nəsrəddin”də Pəri, C.Məmmədov "Günəş zindanda”, Qarı, H.Əsgərxanov "Pristav Həsənalı bəy”də Həcər,  C.Cabbarlı "Aydın” əsərində Gültəkin, Ş.Qurbanov “Olmadı elə, oldu belə” də Matan, N.Vəzirov “Müsibəti-Fəxrəddin”də Mələk,  S.S.Axundov “Eşq və intiqam”da Həcər, A.Məmmədov “Həmyerlilər”də Göyçək, E. Əfəndiyev “Qatil”də Qadın,  Ə.Səmədli “Əhmədin vəfalı xoruzu” Nənə, Əhməd Orucoğlu “Nənənin kələyi”də Nənə, S. İbrahimli “Sadığın toyu”da Ana, M.F.Axundzadə “Müsyö Jordan və Dərviş Məstəli şah” da Şərəbanu, Y.Əzimzadə “Nəsrəddin” Ana,A.Həsənoğlu “Yaddaş”Pəri nənə,İ.Əfəndiyev “Hökmdar və qızı”Tudu xanım,A.Mehdiyev”Oyun”Tafta və s. rollarını canlandırıb.