Bağla

Şəlalə Aydın qızı Nəsirova  

Ali dərəcəli aktrisa

1970-ci ilin avqust ayının 12-də Füzuli rayon Horadiz şəhərində anadan olub. 2004-cü ildən Füzuli Dövlət Dram Teatrında ali dərəcəli aktrisa vəzifəsində işləyir. Teatrda işlədiyi müddətdə  A.P.Çexov “Ayı”da qulluqçu,  A.Səfərli “Qarabağım qan ağlar”da Həcər, C.Məmmədquluzadə “Kamança”da Ana, T.Məmmədov “Ana abidəsi”ndə Nərgiz, M.S.Ordubadi “5 manatlıq gəlin”də Səlbi, Ə.Əmirli “Varlı qadın”da Həvva, A. Şaiq “Bir saatlıq xəlifəlik” Səkinə, S.Axundov “Bəndalı bəndə düşüb”də Püstə, Y.Əzimzadə “Nəsrəddin”də Tükəz, N. B. Vəzirov “Yağışdan çıxdıq,yağmura düşdük”da Dilbər, C.Məmmədov, F.Məhərrəmov “Şərxanın şər oyunu”nda Nənə, S.M.Qənizadə “Nabəkar qonşu”da  Ana, H.Mirələmov “Vicdanın hökmü”ndə Ana, Q.Rəsulov “Məhəbbət oyunun”da Səltənət, İ.Məlikzadə “Subaylarınızdan görəsiniz”də Səməni, S.Dağlı “Oyun bitdi”də Usandıq, N.B.Vəzirov “Daldan atılan daş”da Nurcahan, S.S.Axundov “Şahsənəm və Gülpəri”də Teyfə qarı, Ə.Əmirli “Onun iki qabırğası”nda Nənə, M.F.Axundzadə “Hacı Qara”da Arşanuş, Ə.Əmirli “Yeddi məhbusə”də  Ana, H.Mirələmov “Xəcalət”də Ana və s. yaddaqalan rollar oynayıb.