Bağla

Günel Şadət qızı Hacıyeva

I dərəcəli aktrisa

1984-cü ildə Füzuli rayonunda anadan olub. Sabirabad Dövlət Sosial İqtisadi Kollecini “İbtidai sinif müəllimi” ixtisası üzrə bitirib.2010-cu ildən Füzuli Dövlət Dram teatrında aktrisa kimi fəaliyyətə başlayıb.Teatrda işlədiyi müddətdə M.F.Axundzadə “Hacı Qara”da Sona,H.Mirələmov “Onun iki qabırğası”da Maral,İ.Əfəndiyev “Unuda bilmirəm”də Nərmin,S.S.Axundov “Şahsənəm və Gülpəri”də Gülpəri,N.Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük”də Cavahir, S.Axundov “Bəndalı bəndə düşüb”də Narxanım və s.obrazlar oynayıb.2013-cü ildə müəyyəm səbəblərdən teatrdan ayrılıb.2020-ci ildən yenidən teatra qayıdıb.Teatrda rejissor assistenti vəzifəsində işləyir.