Bağla

Asif Əhməd oğlu Şirinov

Teatrın baş rejissoru, "Əməkdar artist"

1959-cu ilin avqustun 31-də Füzuli rayonun Dövlətyarlı kəndində anadan olub.M.K.Krupskaya adına Mədəni Maarif öz fəaliyyət dram dərnəyinin rəhbəri (1977-1979) və (2000-2005) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin aktyorluq fakultəsini bitirib. 1989-cu il Füzuli DDT-da truppa müdiri, daha sonra isə aktyor və quruluşçu rejissor kimi fəaliyyət göstərib. Bu illərdə A.Səfərli "Fantan ərə gedir”də Misiri, S.S.Axundov "Eşq və intiqam”da Cəbi, R.Səməndər "Gəlməyin, görməyin, gülməyin”də Məhəmmədəli, C.Məmmədov "Günəş zindanda”, Şeyx Hidayət "Məhəbbət yaşayır hələ”də Kərəməli, Anar "Təhminə və Zaur”da Murtuz, C.Cabbarlı "Almaz”da Mirzə Səməndər, "Aydın”da Mirzə Cavad, Ə.haqverdiyev "Dağılan tifaq” Həmzə, M.Qacar "Qabanın səfəri”ndə Porsuq, S.Səxavət "Qapıların o üzündə qalan dünya”da Gülalı, H.Mirələmov "Vicdanın hökmü”ndə Rəhman, S.S.Axundov "Tamahkar”da Əliqulu, S.Axundov "Bəndalı bəndə düşüb”də Qurban, N.Vəzirov "Daldan atılan daş topuğa dəyər”də Dəli Yaşar, Ş.Tofiqqızı "Taleyin bir üzü”ndə Baba, Rəhman Əlizadə "Dünyanın axırı"da polis və s.obrazlarını yaratmışdır.

2007-ci ildən isə teatrda baş rejissor kimi fəaliyyət göstərir. O, A.Səfərli "Qarabağım qan ağlar”, N.B.Vəzirov "Yağışdan çıxdıq, yağmura düşdük”, "Daldan atılan daş topuğa dəyər”, S.Axundov "Bəndalı bəndə düşüb”, S.S.Axundov "Tamahkar”, "Şahsənəm və Gülpəri”, H.Mirələmov "Vicdanın hökmü”, İ.Əfəndiyevin "Unuda bilmirəm” , C.Məmmədquluzadə "Kamança”, T.Məmmədov "Ana abidəsi”, S.Rüstəm "Çimnaz xanım yuxuda”, M.S.Ordubadi "5 manatlıq gəlin”, N.Vəzirov "Adı var, dadı yox”, İ.Məlikzadə "Subaylarınızdan görəsiniz”, H.Mirələmov "Xəcalət”, M.F.Axundzadə "Hacı Qara”, Ə.Əmirli "Varlı Qadın” və s.tamaşalarının qurluşçu rejissorudur. Həmçinin Azərbaycan peşəkar milli teatrının 140 illik yubleyi ilə əlaqədar "Fəxri Mədəniyyət işçisi” döş nişanı ilə təltif olunmuşdur. 2018-ci ildə Azərbaycan Respublikasının imzaladığı sərəncamla "Əməkdar artist" adına layiq görülüb.