Bağla

Elçin Mehman oğlu Məmmədov

2-ci dərəcəli aktyor

2011-ci ildən Füzuli DDT-da aktyor olaraq Çalışır. Bu müddətdə S.Dağlı "Oyun bitdi”də Rasim, Q.Rəsulov "Məhəbbət oyunu”da Camal, İ.Məlikzadə "Subaylarınızdan görəsiniz”də Fəqan, İ.Əfəndiyev "Unuda bilmirəm”də gürcü mayor, M.F.axundzadə "Hacı Qara”da Naçalnik, Ə.Əmirli "Onun iki qabırğası”nda professor, Ə.Əmirli "Yeddi məhbusə”də Polis, Ş.Tofiqqızı "Taleyin bir üzü”ndə Elxan, H.Mirələmov “Xəcalət”də Murad, N.Vəzirov “Hacı Qəmbər”də Mayor Xudaverdi, Ə.Haqverdiyev “Dağılan tifaq”da Nəcəf bəy, “Vicdanın hökmü”ndə Sabir, S.Rüstəm "Çimnaz xanım yuxudadır”da Qafar, S.Axundov “Bəndalı bəndə düşüb”də Cəmil, C.Məmmədov “Günəş zindanda”da Ata Ə.Haqverdiyev "Məşədi Qulam qiraət öyrənir”də Mirzə Yusif, İ.Əfəndiyev “Unuda bilmirəm”də Polis, S.S.Axundov “Tamahkar”da Məhərrəm bəy, S.Rüstəmov"Gəldi-gedər”də Milisoner, S.Dağlı "Adı sənin, dadı mənim”də Qənimətzadə , E.Abdullayeva “Ağ qayıq”da Rüstəm, Ş.Qurbanov “Olmadı elə, oldu belə” də Zamanov, S.S.Axundov “Eşq və intiqam”da Səfi bəy, N.Vəzirov “Müsibəti-Fəxrəddin”də Şahmar bəy, N.Kazımov “Ələddinin sehrli çırağ”da  Qara cadugər, S.İbrahimli “Sadığın toyu”nda Polis, Ə.Səmədli “Əhmədin vəfalı xoruzu”da Cəllad, Y.Əzimzadə “Nəsrəddin”də Padşah, A.Şaiq “Bir saat xəlifəlik”də Xəlifə, A.Həsənoğlu “Yaddaş” da Səyyad kişi, A.Mehdiyev “Oyun” İsa, İ.Əfəndiyevin “Hökmdar və qızı”Cavad xan və s. obrazları canlandırıb.