Bağla

Səbuhi Vaqif oğlu Vəlizadə

Mətbuat xidmətinin rəhbəri

1986-cı ildə Füzuli rayonunda ziyalı ailəsində anadan olub. 2004-2008-ci illərdə Azərbaycan Kooperasiya Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər (BİM) və Gömrük İşinin Təşkili (GİT) fakultəsində təhsil almışdır. 2010-cu ildə Sağlam Mühit və Sağlam Gələcək Təşkilatının mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmış, 2011-ci ildə www.xeber.info xəbər portalında müxbir, 2011-2013-ci ildə www.xeberlent.az informasiya agentliyində baş redaktor, 2014-cü ildən Füzuli Dövlət Dram Teatrının mətbuat xidmətinin rəhbəri və www.fuzuliteatr.az saytının baş redaktoru vəzifəsində işləyir. S.Vəlizadə eyni zamanda www.liderxeber.com, www.pressa.az və www.reyd.az informasiya agentliklərində təsisçi direktor və baş redaktor, Xəbərlenti qəzetinin təsisçisi vəzifəsində çalışır. Hal-hazırda həmçinin Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTv) "Xəbərlər" proqramının aparıcısıdır.