Bağla

Elza Mikayıl qızı Vəliyeva

Aktrisa

1970-ci il noyabrın 16-da Füzuli rayon Horadiz kəndində anadan olub. 2012-ci ildən teatrda çalışır. İşlədiyi müddət ərzində Ə.Əmirli "Yeddi Məhbusə”də Nüşabə, H.Mirələmov "Vicdanın hökmü”ndə rus qızı, H.Mirələmov "Xəcalət”də Fərqanə, A.Səfərli "Qarabağım qan ağlar”da əsir qız, Ə.Haqverdiyev "Dağılan tifaq”da Nigar, Ş.Tofiqqızı "Taleyin bir üzü”də Lətifə, S.Dağlı "Adı sənin, dadı mənim”də Xatun, S.Rüstəm "Gəldi-gedər”də müştəri, S.Rüstəm "Çimnaz xanım yuxda” Çimnaz, Ə.Haqverdiyev "Məşədi Qulam qiraət öyrənir”də Nataşa, M.F.Axundzadə "Hacı Qara”da rəqqas və s.obrazları canlandırmışdır.