Bağla

Aygün Loğman qızı Cəfərova

2-ci dərəcəli aktrisa

1984-cü il aprelin 04-də Füzuli rayonun Pirəhmədli kəndində anadan olub. 2009-cü ildən Füzuli DDT-da aktrisa olaraq çalışır. Teatrda işlədiyi müddətdə A.Səfərli "Qarabağım qan ağlar”da Nigar, N.B.Vəzirov "Daldan atılan daş topuğa dəyər”də Səkinə, Y.Əzimzadə "Nəsrəddin”də Xidmətçi, S.Dağlı "Oyun bitdi”də tibb bacısı, Ə.Əmirli "Yeddi məhbusə”də Qüdrət, H.Mirələmov "Xəcalət”də Gülyaz, Ə.Haqverdiyev "Dağılan tifaq” Nazlı, N.Vəzirov "Yağışdan çıxdıq, yağmura düşdük”də Yetər, Ş.Tofiqqızı "Taleyin bir üzü”ndə Xalidə, S.Rüstəm "Gəldi-gedər”də Fatı, S.Rüstəm "Çimnaz xanım yuxuda” da Nabat, Ə.Haqverdiyev "Məşədi Qulam qiraət öyrənir”də Şahpəri, İ.Əfəndiyev "Unuda bilmirəm”də Naridə xidmətçi, H.Mirələmov "Vicdanın hökmü”ndə Aygün, Rəhman Əlizadənin "Dünyanın axırı"da Ruh, Ş.Qurbanov "Olmadı elə, oldu belə”də Naməlum qadın, C.Məmmədov "Günəş zindanda” Məsmə arvad, S.S.Axundov "Eşq və İntiqam”da Zöhrə, N.Vəzirov "Müsibəti-Fəxrəddin”də  Hürü nənə,  N.Kazımov "Ələddinin sehrli çırağı”da Budur, S.İbrahimli "Sadığın toyu”da  Lalə, Əli Səmədli "Əhmədin vəfalı xoruzu”da Qızıl Xoruz, A. Şaiq "Bir saat xəlifəlik” də Minurə və s. obrazları yaratmışdır.