2013-cü ildən Füzuli DDT-da işləyir. Bu müddətdə M.F.Axundzadə "Hacı Qara”da Səfər bəy, H.Mirələmov "Xəcalət”də Kürən, N.Vəzirov "Yağışdan çıxdıq, yağmura düşdük”də Əşrəf bəy, Ş.Tofiqqızı "Taleyin bir üzü”ndə Ceyhun, S.Dağlı "Adı sənin, dadı mənim”də Durijinaçı, Ə.Haqverdiyev "Məşədi Qulam qiraət öyrənir”də Mirzə Yusif, S.Rüstəm "Çimnaz xanım yuxuda” Əli, Ə.B.Haqverdiyev "Dağılan tifaq”da Süleyman bəy, İ.Əfəndiyev "Unuda bilmirəm”də Kamran, C.Məmmədovun "Günəş zindanda"Azər”, N.Vəzirov “Müsibəti-Fəxrəddin”də Fəxrəddin, Ə.Orucoğlu “Nənənin kələyi” də Namiq, Ş.Qurbanov “Olmadı elə, oldu belə”də Anar, S.S.Axundov “Eşq və intiqam”da Şəmsi bəy, “Tamahkar”da İmran, “Nəsimi eşqi” Nəsimi, M.F.Axundzadə “Müsyö Jordan və Dərviş Məstəli şah”da Şahbaz bəy, A.Şaiq “Bir saat xəlifəlik” Yasir,A.Mehdiyev “Oyun” Ötkəm, və s. obrazlarını yaradıb