Bağla

Sevinc Qaçay qızı Məmmədova

Ali dərəcəli aktrisa

2009-cu ildən Füzuli DDT-da aktrisa kimi çalışır. Teatrda işlədiyi müddətdəY.Əzimzadənin "Nəsrəddin”də Tükəz, N.B.Vəzirov"Hacı Qənbər”də Dilbər, Q.Rəsulov "Məhəbbət oyunu”nda Ceyran, İ.Məlikzadə Subaylarınızdangörəsiniz”də Gülxanım, S.Dağlı "Oyun bitdi”də Usandıq, H.Mirələmov "Vicdanın hökmü”ndə Güllü, Ə.Əmirli "Onun iki qabırğası”da Ceyran, A.Səfərli "Qarabağım qan ağlar”da Aynur, T.Məmmədov “Ana abidəsi”də Nərgiz, İ.Əfəndiyev "Unuda bilmirəm”də Nərmin , İ.Əfəndiyev "Bizim qəribə taleyimiz”də Nərmin,M.F.Axundzadə "Hacı Qara”da Tükəz, S.S.AXundov “Şahsənəm və Gülpəri”də Şahsənəm, S.Axundov “Bəndalı bəndə düşüb”də Zərif, Ə.Əmirli "Yeddi məhbusə”də Tomris, H.Mirələmov "Xəcalət”də Fərqanə, E.Abdullayeva “Ağ qayıq”da Ağgül, M.F.Axundzadə "Hacı Qəmbər”də Cəvahir, Ş.Tofiqqızı "Taleyin bir üzü”ndə Günay, S.Rüstəm "Çimnaz xanım yuxuda” Nabat, Ə.Haqverdiyev "Dağılan tifaq”da Pərixanım, Sona xanım, Ə.Haqverdiyev "Məşədi Qulam qiraət öyrənir”də Nataşa, S.Rüstəm "Gəldi-gedər”də Gülarə, S.S.Axundov “Eşq və intiqam”da Yasamən, “Tamahkar”da Gülzar,  S.Dağlı "Adı sənin, dadı mənim”də Səbirə Ş,Qurbanov "Olmadı elə, Oldu belə”də Gulnar,  A.Məmmədov “Həmyerlilər”də Zəhra, C.Məmmədov “Günəş zindanda”da Şəfəq, Nəcəf bəy Vəzirov "Müsibəti-Fəxrəddin”də Gülbahar,  E.Əfəndiyev “Qatil”də Qonşu qadın, Ş.Qurbanov "Özümüz bilərik” Lalə, Ə.Orucoğlu “Nənənin kələyi” Nabat, S.İbrahimli “Sadığın toyu” Lalə, M.F.Axundzadə “Müsyö Jordan və Dərviş Məstəli şah” Şərəfnisə, Y.Əzimzadə “Nəsrəddin”də Tükəz, Ə.Səmədli “Əhmədin vəfalı xoruzu”nda Ları Xoruz, A.Şaiq “Bir saat xəlifəlik”də Xədicə, A.Həsənoğlu “Yaddaş”da Sənəm,A.Mehdiyev “Oyun”Fatma,İ.Əfəndiyevin “Hökmdar və qızı”   Ağabəyim ağa və  s.obrazları yaradıb