Bağla

Sehran Tehran oğlu Xanlarov

Ali dərəcəli aktyor, rejissor

2003-cü ildə Füzuli Dövlət Dram Teatrına müsabiqə yolu ilə aktyor təyin olunub. İşlədiyi müddətdə S.S.Axundov "Bənddalı bəndə düşüb”də Cəmil, C.Məmmədquluzadə "Kamança”da Qəhrəman yüzbaşı, C.Məmmədov və F.Məhərrəmov "Şərxanın şər oyunları”nda Azər, R.Toma "Tələ”də Avara, Ə.Əmirli “Varlı qadın”da Professor, “Onun iki qabırğası”nda Dədə,L.Rəşidzadə "Toya bir gün qalmış”da Doktor İsmayıl, T.Məmmədov "Ana Abidəsi”ndə Zaur, İ.Məlikzadə "Subaylarınızdan görəsiniz”də Cinli Mayıl, A.Çexov "Duel”də Kahya, N.Vəzirov "Adı var özü yox”da Allahqulu, S.S.Axundov “Tamahkar”da Hacı Saleh,E.Abdullayeva “Ağ qayıq”da Erməni zabiti, Rəhman Əlizadənin "Dünyanın axırı"da Molla, N.B.Vəzirovun " Hacı Qəmbər" əsərində Tıntın İmamqulu, Ə.Haqverdiyev “Dağılan tifaq”da Aslan bəy,Hüseynbala Mirələmovun "Xəcalət" əsərində həkim “Vicdanın hökmü”ndə Fedya,  N.Vəzirov Müsibəti-Fəxrəddin”də Rüstəm bəy, S.S.Axundov “Eşq və intiqam” İbad, İ.Əfəndiyev “Unuda bilmirəm” Kərəm kişi, C.Məmmədov “Günəş zindanda”Qulam, Ş.Qurbanov “Olmadı elə, oldu belə” Şahqulu, “Özümüz bilərik”də Bədirli, E.Hüseynbəyli “Qaçaq qocalar”da Yusif, A.Məmmədov “Həmyerlilər”də Balvazov, “Nəsimi eşqi”də Əmir Teymur,“E.Əfəndiyev “Qatil”də Polis, M.F.Axundzadə “Müsyö Jordan və Dərviş Məstəli şah” da Hətəmxan ağa, Ə.Orucoğlu “Nənənin kələyi” də  Musiqiçi, S.İbrahimli “Sadığın toyu”da Mozu, N.Kazımov “Ələddinin sehrli çırağı” Vəzir, Ə.Səmədli “Əhmədin vəfalı xoruzu” Vəzir, Y.Əzimzadə “Nəsrədin”də Darğa, A.Mehdiyev “Oyun” Kərim, A.Şaiq "Bir saatlıq xəlifə” Vəzir ,A.Həsənoğlu “Yaddaş”Səfaralı,İ.Əfəndiyev “Hökmdar və qızı”Məhəmməd xan və s. rolları canlandırıb. M.Qacar “Qabanın səfəri”, N.Kazımov “Ələddinin sehrli çırağı, Ə.Səmədli “Əhmədin vəfalı xoruzu əsərlərinə quruluş verib.