Bağla

Əli Şükür oğlu Hüseynov

Quruluşçu rejissor, ali dərəcəli aktyor

2006-cı ildən Füzuli DDT-da aktyor kimi işləyir. İşlədiyi müddətdə S.S.Axundov "Tamahkar”da Hacı Saleh, C.Məmmədquluzadə "Kamança"da Qəhrəman Yüzbaşı, İ.Məlikzadə "Subaylarınızdan görəsiniz”də Fəqan, həmçinin Mayıl, S.S Axundovun "Tamahkar" da İmran, S.S.Axundovun "Eşq və İntiqam" da Çingiz, S.M.Qənizadə "Nəbakər qonşu”da Cəfər, Q.Rəsulov "Məhəbbət oyunu”nda Camal, S.Dağlı "Oyun bitdi”də Mazan, N.B.Vəzirov "Hacı Qəmbər”də Əşrəf bəy, Ə.Əmirli "Onun iki qabırğası”nda Cavanşir, İ.Əfəndiyev "Unuda bilmirəm”də Cəmil, S.Axundov "Bəndalı bəndə düşüb”də Cəmil, H.Mirələmov "Vicdanın hökmü”ndə Fedya, T. Məmmədov "Ana abidəsi" də Zaur, A.Səfərli "Qarabağım qan ağlar”da Fərhad, Y.Əzimzadə "Nəsrəddin”də Nəsrəddin, M.F.Axundzadə "Hacı qara”da Əsgər bəy, Ə.Əmirli "Yeddi məhbusə”də Polis, Ş.Tofiqqızı "Taleyin bir üzü”də Ceyhun, S.Rüstəm "Çimnaz xanım yuxudadır”da Əli, H.Mirələmov "Xəcalət”də Vətən, Ə.Haqverdiyev "Dağılan tifaq”da Səlim bəy,S.Dağlı "Adı sənin, dadı mənim”də Nəzarətçi, Ə.Haqverdiyev "Məşədi Qulam qiraət öyrənir”də Məşədi Ramazan, S.Rüstəm "Gəldi-gedər”də Dəmirov, Rəhman Əlizadə "Dünyanın axırı" əsərində Ruh, Ə.Əmirli “Varlı qadın”da  Qara, S.S.Axundov “Tamahkar”da  İmran bəy, E.Abdullayeva “Ağ qayıq”da Camal, Ş.Qurbanov “ Olmadı elə, oldu belə”də Bayandur, C.Məmmədov “Günəş zindanda” Şeyx, N.Vəzirov “Müsibəti-Fəxrəddin”də Mahmud bəy, Ş.Qurbanov “Özümüz bilərik”də Miriş, S.S.Axundov “Eşq və intiqam”da Şahbaz bəy, E.Hüseynbəyli “Qaçaq qocalar”da Məhəmməd, M.F.Axundzadə “Müsyö Jordan və Dərviş Məsətli şah”da Qulaməli, S.İbrahimli “Sadığın toyu”nda Sadıq, N.Kazımov “Ələddinin sehrli çırağı”nda şah, Ə.Orucoğlu “Nənənin kələyi”də Bəylər kişi,  A.Şaiq “Bir saat xəlifəlik”də Vali, Ə.Səmədli “Əhmədin vəfalı xoruzu”nda Şah, Y.Əzimzadə “Nəsrəddin”də Fərzəli bəy, A.Şaiq “Bir saat xəlifəlik”də Vali, İ.Əfəndiyev “Hökmdar və qızı” Mirmöhsüm ağa, A.Həsənoğlu “Yaddaş”da Süleyman Baba və s. tamaşalarda müxtəlif obrazları canlandırıb. Həmçinin Ə.Haqverdiyevin "Məşədi qulam qiraət öyrənir” , A.Məmmədov “Həmyerlilər”, E.Hüseynbəyli “ Qaçaq qocalar”, Ə.Orucoğlu “Nənənin kələyi”, Y,əzimzadə “Nəsərddin” A.Mehdiyev “Oyun”tamaşalarına quruluş verib.