Bağla

Teatr "N” saylı hərbi hissədə tamaşa-konsert proqramı ilə çıxış edib

15-05-2018, 10:08
Füzuli Dövlət Dram Teatrı Füzulidə yerləşən "N” saylı hərbi hissədə tamaşa-konsert proqramı ilə çıxış edib.

Tədbirdə Müdafiə Nazirliyinin rəsmiləri, ictimai təşkilatların nümayəndələri, məktəblilər iştirak edib.

Teatrın repertuarında olan əsərlərdən parçalar, aktyor və aktrisaların ifasında mahnılar, məktəblilərin söylədiyi şeirlər şəxsi heyətdə və qonaqlarda ruh yüksəkliyi yaradıb.

Sonda teatr kollektivi mütəmadi olaraq "N” saylı hərbi hissədə fəal iştirakına və şəxsi heyətdə yüksək əhval-ruhiyyə yaratdıqlarına görə fəxri fərmanlarla təltif olunub.