Bağla

“Qış möcüzəsi “adlı şou-proqramın son məşqləri gedir

28-11-2018, 10:45
Füzuli Dövlət Dram Teatrında Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin ssenarisi əsasında hazırlanan "Qış möcüzəsi "adlı şou-proqramın son məşqləri gedir. 

Yeni il şənliyinə həsr olunmuş şou-proqramın quruluşçu rejissoru əməkdar artist Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. 

Müxtəlif nağıl qəhrəmanlarının, cizgi film simvollarının və ən əsası Şaxtababa və Qarqızın yeni il şərgüzəştləri əsasında hazırlanmış şou-proqramın 15 dekabr 2018-ci il tarixindən, 10 yanvar 2019-ci il tarixinə qədər rayonun işğaldan azad olunmuş kəndlərində və və yeni salınmış qəsəbələrdə nümayiş olunması nəzərdə tutulub.