Bağla

Füzuli Dövlət Dram Teatrı mövsümü "Ayı balasının qoçaqlığı” tamaşası ilə açacaq

05-09-2022, 14:58

Füzuli Dövlət Dram Teatrı məzuniyyətdən qayıdıb.

Teatr XXXIII mövsümünü 26 sentyabr 2022-ci il tarixində Ələsgər Qurbanovun "Ayı balasının qoçaqlığı” tamaşası ilə açacaq. Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur.

Tamaşada əsas rollarda Sehran Xanlarov, Gülnar Quliyeva, Sevinc Məmmədova, İntizar Quliyeva, Elçin Məmmədov, Sehran Xanlarov və başqaları çıxış edir.