Bağla

Nicat Ürfət oğlu Süleymanzadə

2-ci dərəcəli aktyor

1991-ci il mayın 16-da Füzuli rayon babı kəndində anadan olub. 2011-cu ildən teatrda aktyor işləyir. Bu müddət ərzində İlyas əfəndiyevin "Unuda bilmirəm" də İrşad, M.F.Axundzadə "Hacı Qara"da Əsgər bəy, S.S.Axundov "Tamahkar”da İmran bəy,Nəcəf bəy Vəzirov " Hacı Qəmbər"də Əşrəf bəy, Süleyman Sani Axundov " "Eşq və intiqam" da Çingiz, Ə.B.Haqverdiyev "Dağılan tifaq" da Süleyman bəy, H. Mirələmov "Xəcalət"də Kürən, "Vicdanın hökmü”ndə Kamran, Süleyman Rüstəm "Çimnaz xanım yuxuda"da Əli, Cahangir Məmmədov "Günəş zindanda"da Əliş, Nicat Kazımlı "Ələddinin sehrli çırağı"da Ələddin, S.İbrahimli "Sadığın toyu”nda Sadığ, Ə.Orucoğlu "Nənənin kələyi”ndə Namiq, Əli Səmədli "Əhmədin vəfalı xoruzu”nda Əhməd, M.F.Axundzadə "Müsyö Jordan və Dərviş Məstəli şah”da Şahbaz bəy, Yusif Əzimzadə "Nəsrəddin”də Nəsrəddin, A.Şaiq "Bir saat xəlifəlik”də Malik  və s. obrazları ifa etmişdir.