Bağla

Vaqif Vəliyev Bakı – Füzuli – Bakı şəhərlərarası müntəzəm avtobus marşrutunun istifadəyə verilməsi məsələsini şərh edib

20-06-2022, 17:39

"DANX tərəfindən belə reyslərin təşkili ölkə başçısının azad olunmuş ərazilərlə bağlı apardığı məqsədyönlü siyasətinin tərkib hissəsidir".

Bu fikirləri "Report"a açıqlamasında Füzuli Dövlət Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev deyib:

“Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü bərpa edildi və tarixi torpaqlarımıza Böyük Qayıdışın əsası qoyuldu. Bu gün işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, lazımi infrastrukturun qurulması, doğma yurdlarına qayıtmaq istəyən vətəndaşların yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin yaradılması dövlət siyasətinin prioritetlərindən biridir.

İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən məqsədyönlü fəaliyyətin əsas məqamlarından biri Azərbaycan vətəndaşlarının tam təhlükəsiz şəraitdə öz doğma torpaqlarında yenidən məskunlaşmasının ən qısa zamanda təmin edilməsidir. Bu istiqamətdə görülən işlər çərçivəsində vətəndaşların mərhələli şəkildə həmin ərazilərə müntəzəm səfərlərinin təşkili məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən işğaldan azad olunmuş ərazilərə avtobus marşrutları açılır.

Sevindirici haldır ki, artıq Füzuli şəhəri və ətraf kəndlərə də səfərlər təşkil olunur. Torpaqların işğaldan azad olunması sevinci ilə öz dədə-baba torpaqlarına getmək, öz yurdlarına baş çəkmək istəyən vətəndaşların sayı artıb.

Lakin bu ərazilər minalarla, partlamamış hərbi sursatlarla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə çirklənib.

Nəzərə alsaq ki, yaxın zamanlarda hətta ANAMA əməkdaşları da işğal olunmuş ərazilərdə xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışından xəsarət alıb. Məhz buna görə də vətəndaşları son dərəcədə diqqətli olmağa və həmçinin yeni marşrutlar üzrə sərnişindaşımanı həyata keçirəcək sürücülərin mina təhlükəsizliyinə dair təlimlərini diqqətlə dinləməyə və təhlükəsizlik qaydalarına riayət etməyə çağırırıq”.