Bağla

Teatr Novruz bayramı ilə əlaqədar Sərhəd Qoşunlarının "N" saylı sərhəd dəstəsi üçün şou proqramla çıxış edib

19-03-2023, 17:12

Füzuli Dövlət Dram Teatrı Novruz bayramı ilə əlaqədar "Bahar çələngi" adlı silsilə bayram tədbirlərinin davamı olaraq bu dəfə Sərhəd Qoşunlarının "N" saylı sərhəd dəstəsi üçün şou proqramla çıxış edib.

Konsert proqramına daxil olan Kosa ve Keçəlin bayram sərgüzəştləri, aparıcıların bayram təbrikləri, teatr aktyorlarının ifasında bayram, hərbi-vətənpərvərlik ruhlu mahnılar və rəqslər, el ağsaqqalı Dədə Qorqud obrazının bayram xeyir-duası hərbi hissənin şəxsi heyətində, gələn qonaqlarda, əsgər ailələrində xoş əhval-ruhiyyə yaradıb.

Sonda teatr kollektivi fəxri fərmanlarla təltif olunub.