Bağla

Teatr "N" saylı hərbi hissənin yaranma günü ilə əlaqədar konsert-tamaşa proqramı ilə çıxış edib

20-11-2019, 14:42
Füzuli Dövlət Dram Teatrı Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissənin yaranma günü ilə əlaqədar konsert-tamaşa proqramı ilə çıxış edib. 
 
Teatrın repertuarında olan tamaşalardan parçlar, vətənpərvər ruhlu mahnılar bu əlamətdar gündə əsgərlərdə xoş əhval-ruhiyyə yaradıb.
 
Teatrın mütəmadi olaraq hərbi hissələrdə çıxışı, əsgərlərin asudə vaxtlarının daha mədəni təşkilində göstərdiyi xidmətlər hərbi hissə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.