Bağla

"Nənəmin kələyi" komediyası tamaşaçılara təqdim edilib

12-05-2023, 15:33

Füzuli Dövlət Dram Teatrı cari ilin repertuarında olan Əhməd Orucoğlunun "Nənəmin kələyi" komediyasını tamaşaçılara təqdim edib.

Əli Hüseynovun quruluş verdiyi səhnə əsərində iki gəncin sevgisi və buna qarşı çıxan nənənin münasibəti canlandırılır. 

Tamaşanın musiqi tərtibatçısı Ziyad Süleymanzadə, quruluşçu rəssamı Ellinaz Balaşovadır. Əsas rolları Şəlalə Nəsirova, Sevinc Məmmədova, Zamin Quliyev, Aygün Cəfərova,Qaçaq Qarayev, Sehran Xanlarov və başqa aktyorlar ifa ediblər.