Bağla

 "Molla Nəsrəddin" tamaşasına ictimai baxış olub

02-03-2023, 19:29

Füzuli Dövlət Dram Teatrında 2023-cü ilin repertuarında olan Xaqani Əliyevin "Molla Nəsrəddin" tamaşasına ictimai baxış olub.

Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı isə Ziyad Süleymanovdur.

Keçmişlə bu günün sintezi olan tamaşa Molla Nəsrəddinin evlənmə hekayəsindən bəhs edir. Şən musiqilər və kütləvi rəqslərlə bol olan tamaşada maraqlı və gülməli hadisələr bir-birini əvəz edir.

Tamaşada rolları Sehran Xanlarov, Asif Şirinov, İntizar Quliyeva, Şəlalə Nəsirova, Qaçaq Qarayev, Əli Hüseynov, Elçin Məmmədov, Emin Abışov, Vüqar Babayev, Vüsal Həsənov və başqaları ifa edib.