Bağla

Füzuli Dövlət Dram Teatrında şəhid övladları ilə görüş keçirilib

05-11-2021, 11:04

Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Füzuli Dövlət Dram Teatrının dəstəyi ilə şəhid övladları ilə görüş keçirilib. Görüş şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Tədbirdə teatrın hazırladığı “Ətrin gəlir, Xarıbülbül adlı” poetik xalq tamaşası nümayiş etdirilib. Tamaşada Şuşa şəhərinin erməni təcavüzkarlarından azad olunması, Ana vətənin Qarabağla görüşündən bəhs olunub. Tədbir zəfərə aid mahnılar, şəhid övladları üçün hazırlanan “Şən klounlar və nağıl qəhrəmanları” adlı proqramla davam etdirilib. 

Qeyd edək ki, tədbir şəhid övladlarının sevincinə səbəb olub. Çıxış edənlər göstərilən diqqət və qayğıya görə Füzuli Rayon İcra Hakimiyyətinə və teatrın kollektivinə öz minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, tamaşanın ssenari müəllifləri Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev və Əfsanə Kərimova, quruluşçu rejissoru əməkdar artist Asif Şirinov, rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. Rolları İntizar Quliyeva, Sevinc Məmmədova, Qoçaq Qarayev, Sehran Xanlarov, Əli Hüseynov, Elşən Gözəlov, Günel Həsənova və digərləri ifa ediblər.