Bağla

Füzuli Dövlət Dram Teatrı XXXI mövsümü açdı

26-09-2019, 09:04

Füzuli Dövlət Dram Teatrı yeni mövsümünü M.F.Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəlişah” tamaşası ilə açıq elan edib.

Açılışdan öncə teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev çıxış edərək rəhbəri olduğu sənət ocağının uğurlarından və gələcək planlardan söz açıb. Dövlət başçısının Azərbaycan mədəniyyəti və incəsənətinə göstərdiyi diqqət və qayğısını xüsusi vurğulayaraq, kollektivi yeni mövsümün başlanması münasibətilə təbrik edib, yeni-yeni nailiyyətlər arzulayıb. 

Sonra M.F.Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəlişah” tamaşası nümayiş olunub. Tamaşanın quruluşçu rejissoru əməkdar artist Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. Əsas rolları Qaçaq Qarayev, İntizar Quliyeva, Elşən Gözəlov, Sehran Xanlarov, Habil Hacıyev, Ayşən Gülmalıyeva ifa edib.

Məlumat üçün bildirək ki, hazırda Füzuli Dövlət Dram Teatrında Əli Hüseynovun quruluşu əsasında hazırlanan Yusif Əzimzadənin "Nəsrəddin" tamaşasının son məşqləri gedir. Tamaşanın quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir.