Bağla

Teatr qastrol səfəri çərçivəsində şəhid övladları qarşısında konsert-tamaşa proqramı ilə çıxış edib

30-05-2022, 15:49

Füzuli Dövlət Dram Teatrı 3 günlük qastrol səfəri müddətində Ağdam rayonu Qızıl Kəngərli kənd, Yevlax rayonu Aran qəsəbəsində yerləşən hərbi hissələrdə və 44 günlük zəfər savaşında şəhid olmuş hərbçilərin övladları ilə görüşdə konsert - tamaşa proqramı ilə çıxış edib.

Teatrın repertuarında olan tamaşalardan parçalar, rəqslər, eləcə də vətənpərvər ruhlu mahnılar əsgərlərdə və uşaqlarda xoş əhval-ruhiyyə yaradıb.
 
Teatrın mütəmadi olaraq hərbi hissələrdə çıxışı və əsgərlərin asudə vaxtlarının daha mədəni təşkilində göstərdiyi xidmətlər hərbi hissə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Qeyd edək ki, Füzuli Dövlət Dram Teatrı kollektivi 28.05.2022 tarixdən etibarən bölgələrdə qastrol səfərinə start verib.