Bağla

Füzuli Dövlət Dram Teatrı Milli Teatr Gününə hazırlaşır

24-02-2022, 19:36

Milli Teatrımızın yaranmasının 149-cu ildönümü münasibətilə bütün yaş qrupundan olan insanların ekskursiyası təşkil olunacaq. 

Ekskursiyada teatr sexləri (musiqi, geyim, dekorasiya) ilə tanış olunub, tamaşa üçün hazırlanan eskiz, paltar, butaforlara baxış keçiriləcək.

Eyni zamanda tamaşanın necə hazırlanıb ərsəyə gəlməsi haqqında ekskursiyaçılara geniş məlumat veriləcək. Sonra isə mətbuat konfransı keçiriləcək və suallar cavablandırılacaq.

Sonda quruluşçu rejissoru Nicat Mirzəzadə olan Səbinə Haqverdiyevanın yeni "Nar şirəsi" tamaşasına ictimai baxış olacaq.

Hazırda Milli Teatr Günü üçün hazırlanan tamaşanın məşqləri davam edir, dekorasiya qurulur. Bundan başqa mart ayı ərzində Füzuli Dövlət Dram Teatrında "Açıq qapı" keçiriləcək. Tamaşaçılar həmin gün səhnə əsərlərini pulsuz izləyə biləcəklər. "Açıq qapı" günündə N.B.Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük", balaca tamaşaçılar üçün Ə.Səmədlinin "Əhmədin vəfalı xoruzu"tamaşası nümayiş olunacaq.