Bağla

"EL" televiziya "Molla Nəsrəddin" komediyasının premyerası ilə bağlı süjet hazırlayıb

04-04-2023, 23:40

Xəbər verdiyimiz kimi Füzuli Dövlət Dram Teatrında 1 aprel Ümumdünya Gülüş Günü ilə əlaqədar 2023-cü ilin repertuarında olan Xəqani Əliyevin "Molla Nəsrəddin" komediyasının premyerası olub.

Azərbaycanın "EL" televiziya kanalı sözügedən premyera ilə bağlı süjet hazırlayıb.

Premyerada komediyanin müəllifi Xəqani Əliyev və Füzuli rayon ictimaiyyəti iştirak edib.

Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanzadədir.

Tamaşada rolları Sehran Xanlarov, İntizar Quliyeva, Asif Şirinov, Qaçaq Qarayev, Əli Hüseynov, Günel Hacıyeva, Elçin Məmmədov, Vüqar Babayev, Emin Abışov, Vüsal Həsənov və başqaları ifa edib.

Keçmişlə bu günün sintezi olan tamaşa Molla Nəsrəddinin evlənmə hekayəsindən bəhs edir. Şən musiqilər və kütləvi rəqslərlə bol olan tamaşada maraqlı və gülməli hadisələr bir-birini əvəz edir.