Bağla

Şəlalə Rizvan qızı Kərimova

Ədəbi hissə müdiri

1991-ci ildə Füzuli rayonun Horadiz şəhərində anadan olub. Orda məktəbi başa vurub. Həmin ildə Pedaqoji Kollecə qəbul olub. 2014-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Sənətşünaslıq” ixtisasına qəbul olub. 2019-cu ildə isə təhsilini başa vurub. Ailəlidir, 2 övladı var. 2010-cu ildə Füzuli Dövlət Dram Teatrında aktrisa, sonra isə ədəbi hissə müdiri kimi çalışıb. Teatrda işlədiyi müddətdə M.F.Axundzadə “Hacı Qara”da Sona, H.Mirələmov “Onun iki qabırğası”da Ceyran, İ.Əfəndiyev “Unuda bilmirəm”də Nərmin, S.S.Axundov “Şahsənəm və Gülpəri”də Şahsənəm, N.Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük”də Cavahir, “Hacı Qənbər”də Gülzar,S.Axundov “Bəndalı bəndə düşüb”də Narxanım və s. obrazları oynayıb. 2012-ci ildə teatrdan ayrılaraq Horadiz şəhər 2№ tam orta məktəbdə müəllim kimi fəaliyyətə başlayıb. 2021-ci ilin noyabr ayından teatrda yenidən ədəbi hissə müdiri kimi fəaliyyət göstərir.