"Bir saat xəlifəlik" tamaşasına ictimai baxış olub

Bu yazı 1565 dəfə oxunub

Füzuli Dövlət Dram Teatrında 2019-cu ilin repertuarında olan A.Şaiqin "Bir saat xəlifəlik" tamaşasına ictimai baxış olub.

Teatrın baş rejissoru, əməkdar artist Asif Şirinovun quruluşu əsasında hazırlanan tamaşanın quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir.

Tamaşada əsas rollarda Nicat Süleymanzadə, Elçin Məmmədov, Qaçaq Qarayev, Sehran Xanlarov, İntizar Quliyeva, Sevinc Məmmədova və başqaları iştirak edib.

Tamaşa Horadiz şəhər sakinlərinə təqdim olunub və böyük maraqla qarşılanıb.