Füzuli Dövlət Dram Teatrı 9 noyabr "Bayraq günü" ilə əlaqədar konsert-tamaşa proqramı ilə çıxış edib

Bu yazı 152 dəfə oxunub

Füzuli Dövlət Dram Teatrı 9 noyabr "Bayraq günü" ilə əlaqədar "Bayraq qürur mənbəyidir” adlı konsert –tamaşa proqramı ilə çıxış edib. Teatr binası qarşında təşkil olunmuş bayram şənliyində Füzuli rayonunda yerləşən Milli ordu və Sərhəd dəstəsi, rayon ictimaiyyəti iştirak edib. 

Teatrın repertuarında olan tamaşalardan parçalar, bayram əhval-ruhiyəli rəqs və müsiqi nömrələri gələn qonaqlarda ruh yüksəkliyi yaradıb.

Məlumat üçün bildirək ki, Füzuli Dövlət Dram Teatrı mütəmadi olaraq "N" saylı hərbi hissələrdə vətənpərvər ruhlu tamaşalar və konsert proqramları ilə çıxış edir. Əsgərlərin asudə vaxtlarını daha maraqlı və mədəni keçirmələri üçün böyük səylə xidmət göstərir.