Teatr "Xalqla Ordu əl-ələ" devizi altında kütləvi vətənpərvərlik bayramında iştirak edib

Bu yazı 158 dəfə oxunub

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Cəbrayıl rayon İcra Hakimiyyəti və Azərbaycan Milli Kulinariya Mərkəzinin birgə təşkilatçılığı ilə Cocuq Mərcanlı kəndində 20 oktyabr - Beynəlxalq Kulinariya günü münasibətilə "Xalqla Ordu əl-ələ" devizi altında kütləvi vətənpərvərlik bayramı keçirilib.

Müdafiə Nazirliyinin rəsmiləri, Cəbrayıl, Füzuli, Beyləqan, Xocavənd rayonlarının nümayəndələri Azərbaycanın dünya şöhrətli kulinarlarından bir qrupu, Füzuli Dövlət Dram Teatrının kollektivi Azərbaycan Ordusunun bütün qoşun növlərinin birləşmə və hərbi hissələrini təmsil edən baş aşpazlar və digər qonaqlar əvvəl Horadiz şəhərində xalqımızın ümumilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, qarşısına qızılgüllər düzüblər.

Tədbir çərçivəsində Füzuli Dövlət Dram Teatrı repertuarında olan tamaşalardan parçalarla iştirakçılar qarşısında çıxış edib. Aktyorlardan Əli Hüseynov, Sehran Xanlarov, Habil Hacıyev, İntizar Quliyeva, Vaqif Rəhimov, Xurşud Babayeva və s-lərin çıxışları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.