Füzuli Dövlət Dram Teatrında "Nəsrəddin" tamaşasına ictimai baxış olub

Bu yazı 131 dəfə oxunub

Füzuli Dövlət Dram Teatrında 2019-cu ilin repertuarında olan Yusif Əzimzadənin "Nəsrəddin" tamaşasına ictimai baxış olub. 

Əli Hüseynovun quruluşu əsasında hazırlanan tamaşanın quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir.

Tamaşada əsas rolları Nicat Süleymanzadə, İntizar Quliyeva, Sevinc Məmmədova, Elçin Məmmədov, Sehran Xanlarov, Ayşən Gülmalıyeva ifa edib. 

Tamaşa teatrsevənlər tərəfindən maraqla qarşılanıb.