Teatr Şəki şəhər qarışıq tipli uşaq evində “Dünyanın çiçəkləri” adlı şou-proqramla çıxış edib

Bu yazı 68 dəfə oxunub

Füzuli Dövlət Dram Teatrı "N” saylı hərbi birləşmə, aprel qaziləri və bir qrup xeyriyyəçi şəxslərin təşkilatı dəstəyi ilə Şəki şəhər qarışıq tipli uşaq evində "Dünyanın çiçəkləri” adlı şou-proqramla çıxış edib.

Proqrama daxil olan cizgi film simvolları və nağıl qəhrəmanlarının maraqlı sərgüzəştləri, aktyorların ifasında uşaqlara həsr olunmuş şeir və mahnılar, rəqslər uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Şou-proqram çərçivəsində 3 kimsəsiz uşağın doğum günü təbrik edilib. 

Füzuli Dövlət Dram Teatrının Şəki şəhər qarışıq tipli uşaq evindəki çıxışı böyük rəğbətlə qarşılanıb və təşəkkür edilib.

Sonda xatirə şəkili çəkdirilib.