Teatr Bərdə, Tərtər və Mingəçevir rayonlarında qastrol səfərlərində olub

Bu yazı 67 dəfə oxunub

Füzuli Dövlət Dram Teatrı Azərbaycan Milli Ordusunun yaranmasının 101-ci ildönümü ilə əlaqədar Bərdə, Tərtər və Mingəçevir rayonlarında qastrol səfərlərində olub.

Teatr "N” saylı hərbi hissələrdə təşkil olunan "Açıq qapı” tədbirində iştirak edib. Əvvəlcədən hazırlanmış konsert-tamaşa proqramına uyğun olaraq teatr repertuarında olan əsərlərdən parçalar, aparcıların ifasında əsgər həyatına həsr olunmuş şeir və sözlər, musiqi nömrələri ilə çıxış edib. 

Təqdim olunan proqram hərbi hissə heyəti, gələn qonaqlar və əsgər valideynlərində xoş əhval-ruhiyyə yaradıb. 

Sonda teatr kollektivi Azərbaycan Ordusunun yaradılmasının 101-ci il dönümü ilə əlaqədar olaraq hərbi hissənin şəxsi heyəti qarşısında hərbi vətənpərvərlik ruhunun yüksəldilməsində yaxından iştirak etdiklərinə görə hərbi hissə rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunub.