Əli Səmədlinin “Əhmədin vəfalı xoruzu” əsərinə ictimai baxış olub

Bu yazı 292 dəfə oxunub

Füzuli Dövlət Dram Teatrında 2019-cu ilin repertuarında olan Əli Səmədlinin "Əhmədin vəfalı xoruzu” əsərinə ictimai baxış olub. 

Tamaşanın quruluşçu rejissoru Sehran Xanlarov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur. Tamaşada əsas rollarda Sevinc Məmmədova, Nicat Süleymanzadə, İntizar Quliyeva, Əli Hüseynov, Elşən Gözəlov və başqaları çıxış edir.

Məlumat üçün bildirək ki, teatr XXX mövsümünü 15 iyul 2019-cu il saat 12:00-da eyni adlı əsərlə bağlayacaq.