S.S.Axundovun “Eşq və intiqam” əsəri rayon ictimaiyyətinə təqdim edilib

Bu yazı 280 dəfə oxunub

Füzuli Dövlət Dram Teatrında cari ilin repertuarında olan S.S.Axundovun "Eşq və intiqam” əsəri rayon ictimaiyyətinə təqdim olunub.

Teatrın baş rejissoru, əməkdar artist Asif Şirinovun quruluşu əsasında hazırlanan tamaşanın quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur.

Tamaşada əsas rollarda Vaqif Rəhimov, İntizar Quliyeva, Sevinc Məmmədov, Sehran Xanlarov, Nicat Süleymanzadə, Ayşən Gülmalıyeva və başqaları çıxış edib.

Tamaşa teatr sevənlər tərəfindən maraqla qarşılanıb.