Teatr “Könlüm bahar istəyir” adlı silsilə bayram tədbirlərinə start verib

Bu yazı 43 dəfə oxunub

Füzuli Dövlət Dram Teatrı 12 mart 2019-cu il tarixindən rayonun işğaldan azad olunmuş və yeni salınmış kənd və qəsəbələrində, Füzuli, Beyləqan, Ağcabədi, Bərdə rayon ərazisində yerləşən "N” saylı hərbi hissələrdə "Könlüm bahar istəyir” adlı silsilə bayram tədbirlərinə start verib. 

Teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin ssenarisi əsasında hazırlanan şou-proqramın quruluşçu rejissoru əməkdar artist Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur.