Füzuli Dövlət Dram Teatrında Sahib İbrahimlinin “Sadığın toyu” əsərinin son məşqləri gedir

Bu yazı 173 dəfə oxunub

Hal-hazırda Füzuli Dövlət Dram Teatrında 2019-cu ilin repertuarında olan Sahib İbrahimlinin "Sadığın toyu” əsərinin son məşqləri gedir. 

Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur. 

Tamaşada əsas rollarda Əli Hüseynov, Sevinc Məmmədova, İntizar Quliyeva, Sehran Xanlarov və başqaları çıxış edir. Tamaşa yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq. 

Həmçinin parelel olaraq teatrda Novruz bayramı münasibətilə "Bizim keçəl” adlı poetik xalq tamaşası hazırlanır. Tamaşa 15 mart tarixindən 20 mart tarixinədək rayonun işğaldan azad olunmuş və yeni salınmış kənd və qəsəbələrində nümayiş olunacaq.