Teatr “N” saylı hərbi hissədə “Doğma Qarabağım, Xocalım mənim” poetik xalq faciəsini təqdim edib

Bu yazı 98 dəfə oxunub

Füzuli Dövlət Dram Teatrı Xocalı faciəsinin 27-ci il dönümü ilə əlaqədar "N” saylı hərbi hissədə "Doğma Qarabağım, Xocalım mənim” adlı poetik xalq faciəsi ilə çıxış edib. 

Öncə Azərbaycan bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Xocalı həqiqətlərini əks etdirən tamaşa hərbi hissə heyətinə qədim olunub. 

Tamaşa teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin ssenarisi əsasında hazırlanıb. 

Tamaşanın quruluşçu rejissoru, əməkdar artist Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur. Tamaşada əsas rollarda İntizar Quliyeva, Qaçaq Qarayev, Elçən Gözəlov, Ayşən Gülmalıyeva və başqaları çıxış edir.