Teatr “Doğma Qarabağım, Xocalım mənim” adlı poetik xalq tamaşasını ictimaiyyətə təqdim edib

Bu yazı 176 dəfə oxunub

Füzuli Dövlət Dram Teatrında Xocalı faciəsinin 27-ci il dönümü ilə əlaqədar "Doğma Qarabağım, Xocalım mənim” adlı poetik xalq tamaşası təqdim olunub. 

Teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin ssenarisi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru, əməkdar artist Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur. 

Məlumat üçün bildiririk ki, Xocalı faciəsi ilə əlaqədar cari ilin repertuarında olan, Qarabağ hadisələrinə həsr olunmuş, hərbi-vətənpərvərlik mövzulu Enurə Abdullayevanın "Ağ qayıq” tamaşasının da təqdim oluması nəzərdə tutulub. Teatrın 2019-cu il tədbirlər planına uyğun olaraq hər iki tamaşa 26 fevral tarixinədək rayonun kənd və qəsəbələrində, "N” saylı hərbi hissələrdə nümayiş olunacaq.