Teatr Cocuq Mərcanlı kəndində konsert-tamaşa proqramı ilə çıxış edib

Bu yazı 64 dəfə oxunub

Füzuli Dövlət Dram Teatrı 23 yanvar 2019-cu il tarixində Cəbrayıl rayon Cocuq Mərcanlı kəndində konsert-tamaşa proqramı ilə çıxış edib. 

Teatrın repertuarında olan tamaşalardan parçalar, aktyor və aktrisaların ifasında bayram əhval-ruhiyyəli mahnılar və rəqslər kənd ictimaiyyəti, orta məktəb kollektivi və ərazidə hərbi xidmət edən şəxsi heyət tərəfindən böyük maraqla qarşılanıb. 

Qeyd edək ki, teatr mütəmadi olaraq, cəhbə boyu kəndlərdə olur və hərbi-vətənpərvərlik mövzulu tamaşa-konsert proqramı ilə çıxış edir.