Teatr Beyləqanda “N” saylı hərbi hissədə tamaşa və konsert proqramı ilə çıxış edib

Bu yazı 229 dəfə oxunub

Füzuli Dövlət Dram Teatrı Beyləqan rayonunda yerləşən "N” saylı hərbi hissədə tamaşa və konsert proqramı ilə çıxış edib. 

Teatrın repertuarında olan tamaşalardan parçalar, aktyor və aktrisalarının ifasında hərbi-vətənpərvərlik mahnıları və rəqslər əsgərlərdə yüksək əhval-ruhiyyə yaradıb.

Daha sonra teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev teatrın davamlı olaraq hərbi hissələrdə kollektivlə birlikdə etdiyi çıxışlarına görə hərbi hissə rəhbərliyi tərəfindən fəxrifərmanla təltif olunub. 

Sonda xatirə şəkili çəkdirilib.